SON XƏBƏR

Ərdoğandan bolqar nazirə siqaret qadağası…

İyul 11
09:06 2016
NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın xarici işlər naziri Daniel Mitovu siqaret çəkərkən yaxalayıb.
 
Axar.az xəbər verir ki, Ərdoğan Mitovdan siqareti atmasını xahiş edib. Bolqar nazir öz növbəsndə siqaret qutusunu imzalayaraq Ərdoğana uzadıb və bir daha
siqaret çəkməyəcəyi ilə bağlı ona söz verib.
 
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bu dialoqa şahidlik edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook