Ərdoğandan NATO-ya sərt xəbərdarlıq
Noyabr 21
09:32
2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli bilinən hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Ərdoğan qiyamçıların NATO-da çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsini yolverilməz olduğunu deyib.
Prezident Alyansdan terrorçuluqda ittiham olunan hərbçilərin ekstradisiya olunmasını tələb etdiklərini qeyd edib.
Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-da çalışan türkiyəli hərbçilərin siyasi sığınacaq üçün müraciət etdiyini açıqlamışdı.