SON XƏBƏR

Ərdoğanı Rusiya xilas edib: Qiyamdan 5 saat əvvəl

İyul 21
10:01 2016
Rusiya iyulun 15-də baş verən hərbi çevrilişdən 5 saat öncə Türkiyə rəhbərliyini xəbərdar edib.
 
Axar.az "Fars” agentliyinə istinadən xəbər verir ki, öncə Rusiya Müdafiə Nazirliyi türk kəşfiyyat vahidlərinə çevriliş olacağı barədə məlumat verib. Bu çərçivədə ölkə rəhbərliyi arasında telefon danışığının reallaşması da istisna edilmir.
 
Agentliyin diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə, bölgədə olan (Suriya nəzərdə tutulur. – red.) Rusiya hərbçiləri bəzi şifrəli hərbi danışıqları izləyə bilib. Araşdırma zamanı ordunun Ankarada rəhbərliyə qarşı çevriliş hazırladığı ortaya çıxıb.
 
Danışıqlarda Ərdoğanın Mərmərədə olduğu oteldə həbs olunması, yaxud öldürülməsi üçün hərbi vertolyotlar göndərmə əmri verilib.
 
Rusiyanın bu siqnalları hansı yolla əldə etdiyi sirr saxlanılır. Lakin Rusiyanın Hmeymim hərbi bazasında bu siqnalları tuta biləcək sistemin olduğu təxmin edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook