SON XƏBƏR

Ermənistan Permyakovun Rusiyaya təhvil verməkdən imtina etdi

May 05
14:58 2017
Ermənistanın Ədliyyə Nazirliyi 7 ermənini qətlə yetirən rus əsgər Valeriy Permyakovun Rusiyaya təhvil veriləcəyi barədə Şimali Qafqaz hərbi dairə məhkəməsinin nümayəndəsi tərəfindən bir gün əvvəl verilmiş açıqlamanı təkzib edib.
 
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Qeyd edək ki, mayın 4-də 2015-ci ildə dəhşətli qətl törətdiyi üçün ömürlük həbs edilən rusiyalı hərbçinin cəzasının qalan hissəsini Rusiyada çəkəcəyi barədə məlumat yayılmışdı. Rusiya mediasına istinadən bu xəbəri tirajlayan erməni mediasının yazdıqlarını Ermənistan rəsmilərinin təkzib edib. 
 
Ermənistan ədliyyə nazirinin müavini Viqen Koçaryan deyib ki, ömürlük azadlıqdan məhrum edilən Rusiya vətəndaşı V.Permyakovla bağlı məsələ rusiyalı həmkarları ilə müzakirə olunur, lakin hələlik yekun qərar yoxdur. "Ədliyyə Nazirliyi veriləcək qərar barədə ictimaiyyəti məlumatlandıracaq”-nazir müavini əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook