Çevriliş mətnini oxuyan TRT aparıcısı həbs edildi
Avqust 12
11:18
2016
Ankara Mütəşəkkil Cinayətkarlığa Qarşı Polis Şöbəsinin əməkdaşları Türkiyədə 15 iyul "FETÖ" terror təşkilatının törətdiyi cinayət işi ilə əlaqədar TRT televiziya kanalının 42 əməkdaşını saxlayıb.
Qlobal.az publika.az-a istinadən bildirir ki, saxlanılanlar arasında 15 iyul gecəsi qiyamçıların dövlət çevrilişi etməsi barədə mətnini efirdə səsləndirən TRT-nin tanınmış aparıcısı Tijen Karaş da var.
Saxlanılan şəxslər Ankara Təhlükəsizlik Xidmətinə gətiriliblər. Hazırda onların ifadələri alınır.
Qeyd edək ki, Ankara Prokurorluğu tərəfindən TRT-nin 42 əməkdaşı barəsində istintaq başlanıb.

Qlobal.az