SON XƏBƏR

“Çevrilişin başında duran general”ın qulağı kəsildi- FOTO

İyul 17
20:17 2016
Türkiyənin sabiq Hava Qüvvələri Komandiri Akın Öztürk dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.
 
Türkiyə mediasına həbs olunan Öztürkün ilk görüntüləri sızdırılıb. Şəkillərdə Öztürkün bədənindəki yara izləri diqqət çəkir. Onun sağ qulağının sarıqlı olması, qulağının kəsilməsi təəssüratını yaradır.
 
Əgər çevriliş planı uğurla başa çatsaydı Öztürkün Türkiyə Silahlı Qüvvələrində Baş Qərargah rəisi olacağı iddia edilirdi. İndi isə Akın Öztürk haqqında "vətənə xəyanət” suçlaması ilə istintaq başlayıb.
 
Fotolardan Öztürk və nəzarət altındakı digər generalların əllərinin arxadan qandallı və ayaqlarının isə yalın olduğu bəlli olub.
 
General Akın Öztürk TSK Hərbi Hava Qüvvələri Komandirliyinə "Balyoz əməliyyatı” sonrasında, bir çox komandirin həbs olunmasının ardından 2013-ci ildə gətirilmişdi.
 
İki il TSK HHQ-ə komandirlik etdikdən sonra-  2015-ci ilin avqustunda vəzifəsini General Abidin Ünala təhvil vermişdi. General Öztürk son bir ildə Yüksək Hərbi Şura üzvü olmuşdu.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook