Çexiyada prezident siqareti qadağan etdi
Fevral 15
00:26
2017
Çexiyada artıq ictimai yerlərdə siqaret çəkmək olmaz.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qanunu artıq Çexiya prezidenti Miloş Zeman imzalayıb. Məlumata görə, sənəd hökumət tərəfindən hazırlanıb və hər iki palata tərəfindən qəbul olunub.
Yeni qanuna görə, siqaret çəkmək bütün ictimai yerlərdə və həmçinin şəhər nəqliyyatının dayanacaqlarında qadağan olunub. Bildirilir ki, elektron siqareti çəkmək məktəblərdə, xəstəxanalarda və ticarət mərkəzlərində qadağandır.
Çexiyada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun 31 may 2017-ci ildən qüvvəyə minəcək



