SON XƏBƏR

"Expressbank"-ın lisenziyası ləğv edilir

Avqust 05
11:55 2022
Bu ilin sonunadək "Expressbank”-ın lisenziyası ləğv edilə bilər. 
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
 
Məlumata görə Mərkəzi Bank ölkədə bank sisteminin sağlamlaşdırılması, vətəndaşların banklarda olan əmanətlərinin qorunması istiqamətində atacağı bu addım bir neçə bankı əhatə edəcək. 
 
Maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduğuna görə lisenziyası ləğv ediləcək banklardan biri də "Expressbank”-dır. 
 
Son illər depozitləri sürətlə azalan "Expressbank”-ın "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu deyilir. 
 
Qeyd edək ki, Etibar Pirverdiyev 2001-2018-ci illərdə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edib. 
 
"Expressbank”-ın 16% yaxın səhminin Etibar Pirverdiyevin qayını Hikmət Xammədova məxsus olduğu barədə yerli mediada məlumatlar dərc edilib. 
 
Xatırladaq ki, "Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunub. Uzun müddət "Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərən bank 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında fəaliyyətini davam etdirib. "Azərnəqliyyatbank”-ın adı 01 fevral 2010-cu ildən dəyişdirilərək "Expressbank” ASC adlandırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook