"Faşisti Ağ Evdən uzaq tutmaq lazımdır" - Obama Tramp barədə
							Yanvar 27
									
										09:16
										2020
									
								2016-cı ildə seçki kampaniyası zamanı Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Barak Obama fəaliyyətdə olan Amerika lideri Donald Trampı «faşist» adlandırıb. Guya Obama bu fikri Virciniyadan olan senator-demokrat Tim Keynlə söhbəti zamanı səsləndirib.
Keynin etirafı yazılmış video 2016-cı ildə meydana gəlib və Trampın başlıca rəqibi Hillari Klinton barədəki sənədli filmə birləşdirilib.
«Prezident Obama mənə zəng vurdu və dedi: «Tim, yadda saxla, indi turist olmağın vaxtı deyil. Sən faşisti Ağ Evdən kənar tutmalısan»» - deyə, telekanal Keyndən sitat gətirir.
KİV-lər dəqiqləşdirirlər ki, faşist barədə danışarkən, Obama Trampı nəzərdə tutub.

				
				
				
				
				
				

