SON XƏBƏR

Federal Təhqiqatlar Bürosu Miçiqan ştatındakı insidenti terror aktı kimi qiymətləndirib

İyun 22
08:04 2017
ABŞ Federal Təhqiqatlar bürosu Miçiqan ştatında baş verən insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin nümayəndəsi bildirib.

"Bu gün səhər Flint şəhərində baş verən hadisə terror aktı kimi nəzərdən keçirilir. Cinayəti törədən şəxs saxlanılarkən Suriya və İraqda baş verənlərə görə intiqam aldığını bildirib”, deyə FTB nümayəndəsi Devid Qelios qeyd edib.

Qeyd edək ki, 52 yaşlı Kanada vətəndaşı Omor Ftuyi Flint şəhərinin hava limanında polis əməkdaşına bıçaqla xəsarət yetirib. Cinayətkar saxlanılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook