SON XƏBƏR

"Fənərbağça" və "Beşiktaş"dan qələbə

Noyabr 27
08:40 2023
Türkiyə Superliqasında 13-cü turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib.

"Beşiktaş" səfərdə "Samsunspor"a 1:2 hesabı ilə qalib gəlib. "Fənərbağça" isə eyni hesabla evdə "Karagümrük"ü üstələyib.
 
26 noyabr
 
"Kayserispor" - "Adana Demirspor" - 1:1

Qollar: A.Morte, 73 - Y.Erdoğan, 45+2

"Samsunspor" - "Beşiktaş" - 1:2

Qollar: Marius, 25 - C.Tosun, 17, O.Kolley, 84

"Antalyaspor" - "Rizespor" - 0:0

"Fənərbağça" - "Karagümrük" - 2:1

Qollar: D.Tadiç, 48, 58 - K.Kales, 39

Turnir cədvəlinə 34 xalla "Fənərbağça" başçılıq edir. "Qalatasaray" eyni xalla 2-cidir. "Beşiktaş" 25 xalla 3-cüdür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook