SON XƏBƏR

“Feniksal Group“ MMC-dən ŞİKAYƏT: “Bina üç ildir təhvil verilmir“ (VİDEO)

Mart 04
20:19 2026
Vətəndaş "Feniksal Group" MMC-dən şikayətçidir.

Oxu.Az-a müraciət edən Səbinə Mətləb qızı Cəlalova iddia edib ki, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binadan mənzil alıb, üç ildir bina təhvil verilmədiyi üçün mənzilində təmir işlərinə başlaya bilmir.

O bildirib ki, sözügedən mənzil üçün hazırda 134 min 500 manat ödəniş edib:

"Mən mənzili alanda bir kvadratmetri 1 200 manata satılırdı. Mənzili aldığım şirkət - "Feniksal Group" MMC ilə müqavilə imzalamışıq. Mənzilimin dəyəri 150 min manatdır. Biz evi 2023-cü ildə almışıq. Alan vaxt bizə deyildi ki, binada 2-3 aylıq iş qalıb. Ən geci ilin sonuna qədər hazır olub təhvil veriləcək. Lakin üç ildir ki, bina istismara yararlı hala salınmayıb. Mən qalıq 15 500 manat ödənişdən imtina etməmişəm. Şirkət özü bildirmişdi ki, bina istismara hazır olmadığından ödənişi işlər yekunlaşdıqdan sonra edərsiniz. Lakin bina üç ildir təhvil verilmədiyi halda, indi məndən qalıq məbləği deyil, birbaşa mənzilin boşaldılmasını tələb edirlər.

Açıq mənbələrdə yayılan məlumatlara görə, bina sahibi Emin Namazovun atasının məhkəmə hökmü olub. Onun 2025-ci ilin oktyabrında azadlığa buraxıldığı bildirilir. Emin Namazov məndən iki ay vaxt istəmişdi ki, ödənişi geri qaytaracaq, lakin o, iki ay müddətində məhkəməyə müraciət edib. Bununla bağlı sübutlarım da var.

Məni məhkəməyə verəndə qalıq borcu tələb etməlidilər, lakin onlar məndən evi tələb edirlər. Belə çıxır ki, mən etdiyim 90 faiz ödəniş batmalıdır, 10 faiz ödəmədiyim məbləğə görə evim əlimdən çıxmalıdır.

Mən tanışlardan öyrənmişəm ki, sən demə, bu bina 13 ildir ki, istismara yararsız haldadır.

Binada görüləcək işləri üç ildir yubatdıqları üçün tələb etdim ki, artıq işlər yekunlaşsın. Mənzilimdə işə başlamaq istəyirdim. Mən mənzildə işə başlamaq üçün öz ustalarımla ora getdim. Müqaviləyə görə qapını onlar verməli idilər. Biz tələb etdikdən sonra köhnə bir qapı gətirib verdilər. Orada bir usta yox idi ki, qapını vursun. Məcbur qalıb öz ustalarımı gətirdim. Mənzildə təmir işlərini görməyə başlayanda, MMC-nin Eldar adlı rəhbəri gəlib dedi ki, istismara yararsız binadır, siz burada iş görə bilməzsiniz. Bundan sonra biz işləri dayandırdıq.

Nə binanı təhvil vermirlər, nə də ki, ödənişim geri qaytarılmır.

Aidiyyəti qurumların məsələni araşdırmasını və hüquqlarımızın qorunmasını xahiş edirəm".

Məsələ ilə bağlı "Feniksal Group" MMC-nin direktoru Eldar İman oğlu Tahirov Oxu.Az-a açıqlamasında qeyd edib ki, xanım ödənişinin qalığını etmədiyinə görə məhkəməyə verilib:

"Xanım ödənişini tamamlamayıb. Ödənişini tamamlayıb müqavilədə qeyd olunan maliyyə arayışını almayıb. Mənzilin qapısı vurulub, açarlar da xanımın özündədir. Bir müddət əvvəl mənzildə elektrik işlərini görməyə də başlamışdı. Bina yolun kənarında yerləşir. Xanımın ustaları altıncı mərtəbədən kəndirlə yükü qaldırdıqları üçün bir neçə qurum mənə zəng etdi ki, bu formada yük daşınmaz. Mən bildirmişdim ki, binanın yanında yükqaldırıcı kran var, fəhlələrin öz əziyyət haqqını ödəyin, onunla qaldırın. Bunu da etmədilər. Mən də işləri dayandırsın dedim, nə zaman binada iş yekunlaşar, o zaman gəlib mənzilini təmir edər.

Xanım qalıq borcunu ödəmir, nə də mənzilin satılmasına şərait yaratmır. Biz indi vermişik məhkəməyə. İşə məhkəmədə baxılsın. Aydınlaşdırılsın ki, onun nə qədər ödənişi qalıb. Mənzil satılsın, onun ödədiyi ödəniş də özünə qaytarılsın. Şirkət də öz pulunu götürsün. Burada nə aldatma, nə də başqa bir iş yoxdur.

O, 2023-cü ildə mənzilin bir kvadratmetrinə 1 200 manat ödəniş edib, indi bir kvadratmetrin dəyəri 2 500 manatdır. Şirkət ilə vətəndaş arasında bağlanan müqavilədə qeyd olunmayıb ki, bina nə zamana təhvil veriləcək. Bu işlər yubana da bilər. Hazırda binada da iş gedir. 6-7-ci mərtəbəyə kimi mərmərlər düzülüb. Blokda liftlərin qarşısından savayı hər tərəf mərmərlənib. İşlər yekunlaşmaq üzrədir.

Xanımın binanın Emin Namazovun adına olduğunu iddia etməsi əsassızdır. Burada adı keçən Emin Namazovun atası Tapdıq bəyin həbsinin bina ilə heç bir əlaqəsi yoxdur.

O, qalıq borcunu ödəməmək üçün hər yola əl atır. Öz məsələsinə cavabdehlik daşısın, Tapdıq bəyi məsələyə qarışdırmasın".

Açıklama yok.

Qlobal.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook