SON XƏBƏR

Fərid Bənənyarlı istefa verdi

May 03
10:28 2023
Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyində dəyişiklik olub.

Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Bildirilib ki, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub. 

Qeyd edək ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər "Avto Lizinq Azərbaycan” MMC-də çalışıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook