SON XƏBƏR

FETÖ-nun daha bir sirri üzə çıxdı – Gizli şura

Sentyabr 15
08:54 2016
Bir vaxtlar Türkiyə Polis Akademiyasında çalışan Nihad Dəmirbükən FETÖ-nun təhlükəsizlik orqanlarında təşkilatlanması ilə bağlı yeni sirri açıb.
 
Axar.az xəbər verir ki, o, akademiyada FETÖ üzvü olmayan müəllimlərin kursantlardan uzaq tutulduğunu deyib. Dəmirbükən Gülənin tapşırığına əsasən, kursantlarla yalnız FETÖ-çu müəllimlərin məşğul olduğunu bildirib:
 
"FETÖ üzvü olmayan müəllimlərin, yüksək rütbəli polislərin kursantlarla ünsiyyətə girməsinin, onlara dərs keçməsinin qarşısını alırdılar. Onların fikir, düşüncə və ideologiyaları, həmçinin şəxsi həyatlarındakı yanlışlıqlarını öyrənirdilər. Bundan başqa, FETÖ 5 nəfərdən ibarət paralel şura da yaratmışdı. Şuranın toplantılarında camaat üzvü olan polislərin hansı bölgələrə təyin olunması məsələsi müzakirə edilirdi”.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook