Fətullah Gülən Türkiyəyə ekstradisiya olunmağa hazırdır
İyul 17
23:39
2016
Müxalif islam vaizi Fətullah Gülən dövlət çevrilişinin təşkilində ittiham olunduğu Türkiyəyə ekstradisiya edilməsinə hazırdır.
Virtualaz.org-un məlumatına görə, o bunu vesti.ru telekanalının efirindən bəyan edib.
"Mən ekstradisiya olunacağımdan qorxmuram. Qərar veriləcəksə, deməli, elə də olmalı imiş...”, - deyə o vurğulayıb.
F. Gülən öz ünvanına səslənən ittihamları bir daha təkzib edib və baş verənlərlə bağlı müstəqil beynəlxalq araşdırma qrupunun yaradılmasına çağırıb.
Qlobal.az



