SON XƏBƏR

Fətullah Gülənin qardaşı uşaqları həbs edildi

Oktyabr 24
10:24 2016
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin qardaşı uşaqları Hüseyin Gülən və Büşra Gülən həbs edilib.
 
Ölkə.Az xəbər verir ki, Ərzurum prokurorluğu tərəfindən axtarışda olan Hüseyin və Büşra İzmirdə həbs ediliblər.
 
İzmir təhlükəsizlik xidməti və terrorla mübarizə idarəsinin əməkdaşları, Ərzurum prokurorluğuna Fətullahın qardaşı uşaqlarının İzmirdə gizləndiyi ilə bağlı məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Gülənlərin İzmirin Yeşilyurt səmtində bir evdə gizləndikləri məlum olub. Əməliyyat zamanı Hüseyin Gülən və Büşra Gülən həbs edilib və Ərzurumdan gələn polis əməkdaşlarına təslim edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook