SON XƏBƏR

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib

Fevral 22
11:22 2023
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook