SON XƏBƏR

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib - VİDEO

Fevral 17
12:22 2023
Fövqəladə Hallar Nazirliyinin Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Belə ki, hospitallarda ötən günlər ərzində 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook