Fidel Kastro dekabrın 4-də dəfn olunacaq
Noyabr 26
16:46
2016
Kuba inqilabının lideri Fidel Kastronun dəfn mərasimi dekabrın 4-də keçiriləcək.
Bu barədə "RİA Novosti" agentliyi məlumat verir.
Qeyd edək ki, Fidel Kastro bu gün 90 yaşında dünyasını dəyişib.
2006-cı il iyulun 31-də o, səhhətinin pisləşməsi səbəbindən səlahiyyətlərinin icrasını qardaşı Raul Kastroya həvalə etmişdi.



