SON XƏBƏR

Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Ankarada konsert keçiriləcək

Sentyabr 12
17:03 2022
Oktyabrın 9-da Türkiyənin paytaxtı Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

"Report” TÜRKSOY-a istinadən xəbər verir ki, konsert bəstəkarın 100 illik yubileyinə həsr olunub və "Başkent Kültür Yolu Festivalı” festivalı çərçivəsində təşkil olunacaq.

Tədbirdə Çukurova adına Dövlət Simfonik Orkestri çıxış edəcək.
Xatırladaq ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook