SON XƏBƏR

“Financial Times” Ərdoğan və Atatürkü müqayisə etdi

Fevral 28
15:52 2017
"Onlar siyasi görüşlərindəki fərqlərə rəğmən bir-birilərinə bənzəyirlər” 
 
"Ərdoğan və Mustafa Kamal Atatürk siyasi görüşlərindəki fərqlərə rəğmən bir-birilərinə bənzəyirlər” – "Financial Times”
 
İngiltərənin "Financial Times” qəzeti Mehul Srivastava adlı yazarı "Ərdoğan inqilabı başa çatdırır” başlıqlı yazı yazıb.
 
Avropa.info xəbər verir ki, jurnalist Rəcəb Tayyib Ərdoğan ilə Mustafa Kamal arasında oxşarlığın olduğunu qeyd edərək təhlil aparıb. İki liderin siyasi baxışları arasında fərqin olmasını baxmayaraq, yazıda onların şəxsiyyətləri eyniləşdirilir.
 
Yazıda bu il məktəblərin təhsil proqramında edilən dəyişikliklərlə bağlı göstərilən iki video əsas alınaraq proqram "ikinci inqilab” kimi təqdim olunub.
 
Göstərilən videolarda Mustafa Kamalın Geliboludakı kadrlarının ardınca Ərdoğanın 15 iyul çevriliş cəhdinin qarşısını alması ilə bağlı görüntüləri verilib.
 
"Mustafa Kamalın qurucu, Ərdoğanın qoruyucu” olduğu bildirilən yazıda iki liderin siyasi baxışları arasındakı fərqə rəğmən oxşarlıqları bu şəkildə verilib:
"Mustafa Kamal kimi Ərdoğan da gücü xalq iradəsindən gələn və ideallarını əks etdirəcək şəkildə cəmiyyəti yenidən formalaşdıran bir sosial mühəndis qabiliyyətli, dəmir yumruqlu liderdir”.
 
Qəzet bildirir ki, Ərdoğanın başladığı inqilabı başa vurması üçün 16 aprel referendumunu udması lazımdır. Bunun üçün Ərdoğanın təmizləmə silahından bir dəfə istifadə etdiyi qeyd olunub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook