Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Dekabr 16
10:07
2016
Fransa təcili olaraq BMT Təhlükəsizlik Şurası iclasının çağırılması tələbi ilə çıxış edib.
İclas bu gün qapalı rejimdə keçiriləcək.
Əsas müzakirə mövzusu Suriyanın Hələb şəhərində hazırkı vəziyyət və onun yaxşılaşdırılması üçün görülə biləcək tədbirlər olacaq.
Görüşdə, həmçinin dinc sakinlərin təxliyə olunması və humanitar yardımın göstərilməsi müzakirə olunacaq.



