Fransa prezidentinin Facebook səhifəsini hakerler ələ keçirib
Mart 31
20:00
2017
Fransa prezidenti Fransua Ollandın Facebook səhifəsi hakerlər tərəfindən ələ keçirilib. Bu barədə "BFM TV" xəbər verib. Hakerlər səhifəyə Ollandın istefa verməsi münasibətilə hamını şənliyə dəvət etməsi barədə elan yerləşdirib.
Elana əsasən, qonaqlıq mayın 7-də Yelisey sarayında keçirilməli imiş. Hakerlərin rəsmi səhifəyə yerləşdirdikləri müraciət 1 saatdan sonra silinib.
Bununla yanaşı istifadəçilər Fransa prezidenti adından paylaşılan elanı "skinşot" edərək yayıblar.

Fransa Prezidentinin Administrasiyası olayla bağlı hələlik şərh verməyib.(Faktxeber)