Fransa türk generalların edamına qarşı çıxdı
İyul 19
09:22
2016
Türkiyədə həbri çevrilişə cəhddə günahlandırılanların cəzalandırılması qanun çərçivəsində aparılmalı və avtoritar hakimiyyətin güclənməsinə kömək etməməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər naziri Jan-Mark Eyro söyləyib. Onun sözlərinə görə, Fransa Türkiyədəki çevriliş cəhdini qətiyyətlə qınayır:
"Buna rəğmən, biz Türkiyədə demokratiyadan üz döndərən siyasi sistem hazırlanmasına imkan verməməliyik. Türkiyə son illər böyük inkişafa nail olub. Bu işdə diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, bundan öncə Türkiyədə hərbi çevrilişə cəhd edən generalların edam məsələsi gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müxalifət partiya sədrləri ilə danışıqlar aparacağını bildirib.

Qlobal.az