Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
Oktyabr 25
07:23
2025
Fransa Ukraynaya əlavə "Aster” zenit-raketləri və "Mirage” qırıcı təyyarələri göndərəcək.
Fransa Prezidenti həmçinin qeyd edib ki, bu qərar Ukraynanın hava hücumundan müdafiə və aviasiya imkanlarını gücləndirməyə yönəlib və Paris tərəfdaş ölkələrlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcək.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "İstəklilər koalisiyası”nın Kiyevə yardım üzrə iclasında çıxışı zamanı bildirib.
Makronun çıxışının videosu Yelisey sarayının "X” sosial şəbəkəsində yerləşdirilib.
"Yaxın günlərdə biz Ukraynaya əlavə "Aster" raketləri göndərəcəyik, yeni təlim proqramları həyata keçirəcəyik və əlavə "Mirage" təyyarələri göndəriləcək”, – deyə Fransa lideri vurğulayıb.



