SON XƏBƏR

"Fransanı bir qadın idarə edəcək, ya mən olacam, ya da Merkel"

May 04
13:06 2017
Fransada prezident seçkilərinin ikinci turuna 4 gün qalmış İrəli Hərəkatının namizədi, sabiq iqtisadiyyat Naziri Emmanuel Makron və radikal sağçı Marine Le Pen bir çox kanalda eyni anda yayımlanan televiziya proqramında qarşı-qarşıya gəliblər. 

"Qaynar" xəbər verir ki, fransızların etirazları və partiyaların qarşıdurması səbəbiylə gərgin bir seçim yaşayan namizədlər bir-birlərinə qarşı əllərində olan "kompromant”larını paylaşıblar. Aparıcının suallarını sırayla cavablayan namizədlər arasında qarşıdurma hərarətli keçib. 

Bir-birlərinin tez-tez sözünü kəsən və mühakimə edən Makron və Le Pen milyonlarla insanı ekran başına kilitləyib.
 
Proqrama damğanı Le Penin "Fransanı bir qadın idarə edəcək. Bu ya mən olacam, ya da Merkel” sözləri vurub.
 
Makronun keçmişini tez-tez xatırladan Le Pen, onun mövcud hakimiyyətin davamı olacağını bildirərək "Avropaçı və maliyyə dünyasının namizədinə görə hər şey alınıb-satıla bilir. İnsanlar belə..” sözlərini deyib.
 
Söz atəşinə məruz qalan Makron Le Penin söylədikləri ilə əlaqədar olaraq "Hörmətli Le Pen, suallara cavab vermək yerinə onlardan yayınaraq keşmişdən və başqalarından danışmağı üstün tutur” bildirib.
 
Münaqişə müddətində Le Pen Makronun "Xalqın deyil, böyük şirkətlərin və bankların; özünün isə fransızların və işçilərin” namizədi olduğunu ifadə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook