SON XƏBƏR

Fransız jurnalist Türkiyəyə görə Qərbə üsyan etdi

Fevral 23
02:42 2017
Fransız jurnalist Gilles Martin-Chauffier ölkəsində iştirak etdiyi televiziya proqramında Qərbin Türkiyəyə qarşı tutduğu mövqeni sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Fransa və Almaniyada yayımlanan ARTE telekanalında "28 Minutes” proqramında qonaq olan məşhur fransız jurnalist Gilles Martin-Chauffier Türkiyəni müdafiə edib.
 
"Türkiyə ilə bağlı qışqırıb-bağırmağa son verin. Bu gün Türkiyədə həbslərin olduğunu deyirsiniz, amma Rəcəb Tayyib Ərdoğan 1998-ci ildə 1 ilini həbsxanada keçirəndə hamınız susdunuz. Ərdoğan demokratdır. Seçkiləri əsas götürsək, Ərdoğan hər seçkini açıq fərqlə qazandı. Siz 2002, 2008 və 2001-ci illərdə Ərdoğanın davamlı olaraq seçkiləri qazandığını unudursunuz”,- deyə fransız jurnalist qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook