SON XƏBƏR

G7 ölkələrinin təhsil nazirləri Yaponiyanın Kuraşiki şəhərində

May 15
13:07 2016
"Böyük Yeddiliy”in təhsil nazirləri mayın 14-də Yaponiyanın qərbində yerləşən Okayama prefekturasının Kuraşiki şəhərində ikigünlük görüşə toplaşıblar.
 
AzərTAC-ın verdiyi məlumata görə, görüşə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnika naziri Hiroşi Hase sədrlik edir.
 
Yapon nazir bildirib ki, özündə gələcəyə investisiyanı əks etdirən təhsil uzun əsrlər ərzində cəmiyyətin həyatında mühüm rol oynayıb.
 
İki gün davam edəcək görüş ərzində nazirlər beynəlxalq ictimaiyyətin yoxsulluq, gənclər arasında işsizlik, terrorizm və digər problemlər də daxil olmaqla qarşılaşdığı təhdidlərə qarşı mübarizədə təhsilin rolu ilə bağlı müzakirələr aparacaqlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook