Gəncə Cihazqayırma Zavodunda partlayış olub

Mart 17
11:20
2025
Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib.
"Qafqazinfo” xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb.
Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.
Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Qlobal.az