SON XƏBƏR

Gəncədə iki məktəbin bir direktoru var - iddia

Oktyabr 08
23:18 2025

Dünən Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi, şəxsən qurumun rəhbəri Elçin Kərimov İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə iclas keçirib.

İclasdan əvvəl isə... məktəb rəhbərliyi tərəfindən müəllimlərin whatcApp qrupuna bir elan göndərilib. 


Elanda bildirilir ki, bütün pedaqoji heyət saat 13.30-da rəsmi qeyimdə, gecikmədən məktəbin akt zalında olsun. Regional rəhbərlik əməkdaşları məktəbimizdə iclas-görüş keçirəcək.


Xahiş edirəm heç kim icazəylə bağlı müraciət etməsin, hər kəsin iştirakı vacib və mütləqdir. 


Şəkildə: Məktəb rəhbərliyi tərəfindən müəllim qrupuna göndərilən "Xatırlatma". Siz hələ səhvlərə baxın. Cəmi 3-cə cümlə yazıblar, amma bu 3-cə cümlədə 9 səhv buraxılıb. Bu da bizim gələcəyimizə qələm çalan müəllimlər.

Bu haqda məlumat verən mənbə bildirir ki, məktəbdə səssizlik və sakitlik sürsün deyə, valideynlər öncədən məlumatlandırmadan şagirdləriin dərsləri yarımçıq dayandırılıb və onlar saat 11.30-dan evə göndəriliblər. Guya boş saat və ya vaxt tapmırdılar ki, bir iclas üçün 2 minə yaxın kontingenti olan məktəbdə dərsləri ləğv edirdilər? Niyə belə etdikləri bilinmir.

"Bilinmir ki, hüzuru kim arzulayır - idarə rəisi Elçin Kərimov, yoxsa məktəbə yeni təyin olunan Tutu Hüseynova?", - deyən mənbə xatırladır ki, hazırda Tutu Hüseynova 1 nömrəli məktəbin direktoru olsa da, əvvəl çalışdığı 32 nömrəli məktəbdən də "əlini çəkməyib". Necə deyərlər, "nə yardan doyur, nə də əldən qoyur"- hələ ki, hər iki məktəbə "hakimlik" edir (kadr qıtlığıymış).

"Yeri gəlmişkən, 32 nömrəli məktəb mediada dərc olunan yazıdan sonra yığılan "təmir pulu"nu "jalüz pulu" ilə əvəz elədi. Yəni, deməzsənmi, 1710 şagirdin hər birindən yığdıqları 4 manat, yəni 6840 manat sinif otağına "jalüz" almaq üçünmüş.

Hələ bu məktəbdə müəllim gününə 10 manat, daha sonra isə "fond pulu" adı ilə hər şagirddən 5 manat da toplandı. Hə, indi siz bu 4 manatları, sonra 10 manatları, daha sonra isə 5 manatları vurun 1710-a, görün nə qədər olur və düşünün ki... Nə düşünmək, məlum məsələdir ki, bu pullar "nə isə almaq üçün" yox, "kim üçünsə" toplanır...

Ümumiyyətlə, Gəncə məktəblərinin əksəriyyətində hər ay şagirdlərdən "fond pulu" və s. adlar altında 5-10 manat yığılır. Bu barədə "Hürrüyyət.az"in Tik-Tok səhifəsindəki yazıya yazılan rəylərdə daha ətraflı və konkret şərhlər verilib. Bunlar Gəncə məktəblərində baş verənlərə ictimai reaksiya və məktəblərdə olan neqativ halların əks-sədasıdır. 

Sual olunur, idarə rəisi məktəbdəki vəziyyəti yaxından öyrənmək istəyirdisə, nəyə görə dərs vaxtı gəlmirdi?! Məktəb deyiriksə, bu, şagird, valideyn və müəllimin birgəliyi, vəhdəti deyimi?".

Mehriban Əzizqızı

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook