General: “Atəş açmaq əmri verdim…”
İyul 20
13:32
2016
15 iyul çevrilişinə cəhddə iştirak edən İstanbul 2-ci Zirehli Briqada komandiri, general Özkan Aydoğdu istintaqa ifadə verib.
Axar.az xəbər verir ki, tankları körpülərə göndərdiyini etiraf edən general həmin gecə baş verənləri belə nəql edib:
"Plana görə fövqəladə vəziyyət üzrə komandir müavini təyin olunmuşdum. Bu vaxta qədər lazımi əmri yerinə yetirmək üçün hazırlaşdırılmışdım. Əslində, doğru olduğuna inandığım əmri yerinə yetirdim.
İyulun 13-də Yurdda Sülh Hərəkat Planından bəhs edildi. Briqadamın görəcəyi işlər barədə mənə məlumat verildi. Mən də hazırlıq məqsədilə əsgərlərin bazar günü çıxışını ləğv etdim.
Hadisə günü saat 18.30-da əmr yazılı şəkildə gəldi. Mətn təzə imza ilə yazılmamışdı. Ayrıca, Baş Qərargahın möhürü də var idi. Əmrimdəki hərbi birliklərə Sabiha Gökçən Hava Limanı, Fateh Sultan Məhməd Körpüsü, Boğaziçi Körpüsünün Anadolu hissəsi, Üsküdar Çevik Qüvvələr Komandanlığı və 1-ci Ordu Komandanlığına doğru istiqamətlənməsi, Ümraniyə Avea, Acıbadem Telekom binalarını qorumaq tapşırığı verilmişdi.
Yazılı əmrdən sonra hərəkətə keçdim. Tanklar bomba və güllələrlə təchiz olunmuş vəziyyətdə birliklərdən çıxdı. Yazılı əmrdə polisin bizə dəstək verəcəyi yazılırdı…
Bir neçə saatdan sonra vəzifəli şəxs mənə zəng edərək insanların tanklara müqavimət göstərdiyini dedi. Qorxutmaq üçün havaya atəş açmalarını əmr etdim.
Tanklar insan kütləsinin içində sıxışıb qalmışdı. Daha sonra əlaqə kəsildi. Vətəndaşlar Nizamiyə qapısını bağladığı üçün köməkçi qüvvə də göndərə bilmədik”.

Qlobal.az