SON XƏBƏR

General evində yıxılaraq öldü - “Başı döşəməyə dəyib...“

Fevral 22
19:55 2025
Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.

Qlobal.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub. 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Göyçay Rayon Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook