General Gökhan Şahin: “Çevrilişə cəhd etmişəm, istəyirlərsə, edam etsinlər”
İyul 21
23:22
2016
Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən və sonradan həbs olunan general Gökhan Şahin ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib. O, baş verənlərə görə edama hazır olduğunu bildirib: "Bəli, mən, hərbi çevriliş cəhdində iştirak etmişəm. İstəyirlərsə, məni edam etsinlər. Lakin mən FETÖ-cu deyiləm”.
General aldadıldığını və istifadə olunduğunu da deyib.
Xatırladaq ki, Gökhan Şahin Ərdoğanın qaldığı otelə basqın edən qrupu idarə edən generaldır.(azadlıq.info)
Qlobal.az



