Generalın sirr saxlanılan əfsanəvi nəvəsi
İyul 22
23:27
2016
Özü məzarda, adı itkin siyahısında
Zoya Kosmodemyanskaya -bu ad yəqin ki, bir çoxlarınıza tanışdır. Onun qəhrəman partizan kimi tanıyır, haqqında dərsliklərdə, bədii ədəbiyyatda oxuyur, gizli ideal seçirdilər. Qızlar bir az ona oxşamağa çalışırdılar, o zaman çoxlarımız bilmirdik ki, əfsanəyə çevrilən bu gənc qız əslində tək deyildi. Onunla yanaşı nasistlərə qarşı mübarizədə heç də az qəhrəmanlıq göstərməyən başqaları da vardı, ancaq onların adı nəinki çəkilmirdi, hətta ölümlərindən sonra təltif edildikləri mükafatlar belə ünvanına çatdırılmırdı.
Heç nə sonadək sirr qalmır
Belələrindən biri də Zoya Kosmodemyanskayanın olduğu hərbi hissənin döyüşçü-diversantı Yelizaveta Benevskaya idi. Cebhe.info "Komsomolskaya pravda”ya istinadən bu əfsanə gənc qız haqqında bilinməəyn həqiqətləri diqqətə çatdırır.
O, 9903-cü hissədə qulluq edirdi. Bu hissə Sovet NKVD-nin xüsusi diversiya hissəsi idi və Qərb cəbhəsində fəaliyyət göstərirdi. Uzun illər bu hissənin fəaliyyəti sirr kimi qorunub. Onun barəsində ancaq məxfi materiallarda nəyəsə rastlamaq olardı, ancaq məlumdur ki, məxfi qriftli bu materiallar heç kəsin əlinin çatacağı yerdə deyildi. Ancaq düz deyirlər ki, heç nə sona qədər sirr qalmır. Nəhayət, ictimai fəallar və tarixçilərin böyük səyləri ilə indiyə qədər sirr olan hissə barədə də müəyyən məlumatlar əldə etmək mümkün olub.
Əfsanə gənc qızın cəsədi belə tapılmadı
Bu hərbi hissədə qulluq edənlərin adları da, özləri də tarixin sirli vərəqlərinə köçürülüblər. Onlar barədə çox az məlumat var. Kim ölüb, kim sağ qalıb- bu məlumatlar belə gizli saxlanır. Aralarında itkin düşənlər də var, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlər də. Vladimir Karpovun adı onlardan ən çox çəkiləndir. Müharibədən əvvəl repressiyaya məruz qalan bu şəxs sonradan bütün dünyada qəhrəman kimi tanındı. İkinci Dünya Müharibəsinin qəhrəman kəşfiyyatşılarından biri oldu.
"Qızlar bölməsinin "ulduzu””
Liza Benevskaya dəstəyə 1941-ci il oktyabrında qatılmışdı. Bu o zaman idi ki, Moskvada əsl qarmaqarışıqlıq və qorxu hökm sürürdü. Bir çoxları artıq nasistlərin ayaq səslərini eşitdirdilər. Doğrudur, bu zaman qorxunu dilə gətirmək özü də ölümə bərabər idi, amma danışmamaq o demək deyildi ki,insanlar qorxmurdular. Müharibə həmişə dəhşətlidir. Xüsusən də kiminlə vuruşduğunu o qədər yaxşı bilməyəndə. Benevskaya 2 həftə ərzində döyüş bacarığına yiyələndi. Zveniqorodski şosesini minalayanda isə əsl müharibə adamı olacağını anladı. Bu iş ona təcrübə qazandırdı. Döyüşdə 3 nasisti öldürdü. Bu, artıq ikinci böyük təcrübə idi. Diversantlar 25 yerə bomba yerləşdirmişdilər. İlin sonunda Liza artıq Yekaterina Poyarskayanın rəhbərlik etdiyi qızlar bölməsinin "ulduzu” idi. Yanvar ayında onu yeni döyüş tapşırığının icrasına göndərdilər. Tapşırığın icrası 3 kiçik qrupa tapşırılmışdı. Onlara Semyonov rəhbərlik edirdi.
Hamı tapıldı, ondan isə xəbər gəlmədi
Almanların qarşısını almaq və onların hərəkətini dayandırmaq üçün tapşırıq alan diversant qrupu istənilən vasitədən istifadə etməli idi. Xüsusi qruplar meşəyə səpələndilər. İtkilər təkcə düşmən tərəfdən deyildi. Diversantlar da çox sayda itki vermişdilər. 3 qız isə ağır yaralanmışdı. Onlarda iki nəfəri hansısa yolla bazaya çata bildilər. Ancaq onlar qədər bəxti gətirməyənlər də oldu. Qızlardan biri Liya Kutakova bir sutkadan artıq müddətdə qarın üstündə sürünərək bazaya yetişə bilmişdi. Üstəlik ayaqları yaralanmışdı. Məhz o bazadakıları ağır yaralanan yoldaşı Yelena haqqında məlumat verdi. Diversantlar onu almanların düz burnunun dibindən qaçırmışdılar. Liza Benevskayanı isə tapmaq mümkün olmamışdı. Böyük ehtimalla onu almanlar ağır yaralı vəziyyətdə ələ keçirmişdilər.
Döşləri kəsildi, cəsədi məzarlığa, adı itkin siyahısına
Daha sonra gənc qızın cəsədini görmüş şahidlər danışırdılar ki, o, güllə yarası almışdı və özü sərbəst hərəkət edə bilmirdi. Böyük itki verən almanlar ondan acıqlı idilər və hər vəhclə olur-olsun qisas almağa çalışırdılar. Belə vəziyyətdə Liza onların əlinə düşmüşdü, üstəlik də tərpənə bilməyəcək dərəcədə yaralı idi. Nasistlər öncə ondan digər partizanlaırn yerini öyrənməyə alışdılar. Bunun üçün ən müxtəlif işgəncə metodlarından istifadə edildi. Onu lüt soyundurub güclü şaxtada qarın altında saxladılar. Ancaq istədikləri cavabı ala bilmədilər. Bu zaman başqa işgəncə metodları işə salındı. Bu dəfə onun bədəninə biz batırdılar. Cavab ancaq susmaq oldu. Əl barmaqlarını sındırmağa başlayanda Liza artıq bəlkə də heç nə hiss etmirdi. O, ancaq susurdu və bu, nasistləri lap qəzəbləndirirdi. Sonunda almanlar işgəncənin başqa oluna əl atdılar. Gənc qızın döşlərini kəsdilər və gözlərini çıxartdılar. Partizan-kəşfiyyatçılar hadisədən iki həftə sonra bu barədə əbər tutdular. İki həftə sonra baş verən döyüşdən geriyə qalanlara nəzər yetirəndə gördükləri dəhşət barədə komandir məlumatlandırıldı. Ancaq heç kəs bilmirdi ki, cəsədinin tanınmaz hala salındığı deyilən bu gənc qız onların axtardıqları Lizadır. Kənd sakinləri onu kənd qəbiristanlığında, o zamanlar məşhur olan qardaşlıq məzarında dəfn etdilər. Ümumi nəticəyə dayanaraq Benevskaya itkin düşmüş elan edildi. Komandanlıq yuxarıya belə hesabat vermişdi. Yerli sakinlər öldürülən digər iki qızı da qaçqın hesab etdilər. Bu, o qədər də təəccüblü deyildi. Qərb bölgəsində qaçqınların sayı minlərlə hesablanırdı və onlardan bir neçəsinin ölümü artıq heç kəsi təəccübləndirə bilməzdi.
Orden ailədən niyə gizlədildi?
Beləcə qarışıqlıq 1980-ci illərə qədər davam etdi. Artıq onu çoxları unutmuşdu. Hətta sənədlər də. Hər şey 80-ci illərdən sonra dəyişdi. Lizanın axtarışı ilə bu dəfə ictimaiyyətçilər məşğul olmağa başladılar. Onlar gah o zamankı kəşfiyyatçıları, gah yerli sakinləri axtardılar. Onların arasında hələ də gənc qızların dəfn ediliyini xatırlayanlar vardı. Nəhayət həmin məzarlardan birinə, Zoyanın məzarına illər boyu qulluq etmiş şəxsi də tapmaq mümkün oldu. Valentina Moisenkova çox şeyi xatırlayırdı və məhz onun söylədiklərinə dayanaraq həqiqəti üzə çıxrmaq mümkün oldu. Bir çox faktlar tutuşduruldu və qaçqın kimi dəfn edilən cəsədin əslində Liza Benevskayaya məxsus olduğu yəqinləşdi.
Sirr açıldı: General nəvəsindən qəhrəman olmaz

Bu hərbi hissənin "ulduzlarından” olan Liza Benevskayanın adı isə sonradan ona görə unuduldu ki, silah yoldaşları onun cəsədini belə tapa bilməmişdilər.
Onun cəsədini kənd sakinləri taparaq qəbiristanlıqda dəfn etmişdilər. Onun haqqındaəfsanələr dolaşırdı, ancaq bu əfsanələr də həqiqəti tam əks etdirmirdi. NKVD-nin xüsusi bölməsinə yaxşıların yaxşısını toplayırdılar. Ora düşmək özü də bir şans idi. Belə şanslılardn biri də Liza Benevskaya idi. Almanlara əsir düşmüşdü. Kifayət qədər ağır yaralı idi, amma ondan hətta bu vəziyyətdə də məlumat almaq mümkün olmamışdı. Bölmədə Qriqori Qerçikin rəhbərliyi altındakı qrupun üzvü idi. Bu hissədə təkcə sovet vətəndaşları döyüşmürdü, nasizmə qarşı döyüşən bir çox ölkələrin vətəndaşları Liza ilə bərabər vuruşurdular."Qızlar bölməsinin "ulduzu””
Liza Benevskaya dəstəyə 1941-ci il oktyabrında qatılmışdı. Bu o zaman idi ki, Moskvada əsl qarmaqarışıqlıq və qorxu hökm sürürdü. Bir çoxları artıq nasistlərin ayaq səslərini eşitdirdilər. Doğrudur, bu zaman qorxunu dilə gətirmək özü də ölümə bərabər idi, amma danışmamaq o demək deyildi ki,insanlar qorxmurdular. Müharibə həmişə dəhşətlidir. Xüsusən də kiminlə vuruşduğunu o qədər yaxşı bilməyəndə. Benevskaya 2 həftə ərzində döyüş bacarığına yiyələndi. Zveniqorodski şosesini minalayanda isə əsl müharibə adamı olacağını anladı. Bu iş ona təcrübə qazandırdı. Döyüşdə 3 nasisti öldürdü. Bu, artıq ikinci böyük təcrübə idi. Diversantlar 25 yerə bomba yerləşdirmişdilər. İlin sonunda Liza artıq Yekaterina Poyarskayanın rəhbərlik etdiyi qızlar bölməsinin "ulduzu” idi. Yanvar ayında onu yeni döyüş tapşırığının icrasına göndərdilər. Tapşırığın icrası 3 kiçik qrupa tapşırılmışdı. Onlara Semyonov rəhbərlik edirdi.
Hamı tapıldı, ondan isə xəbər gəlmədi
Almanların qarşısını almaq və onların hərəkətini dayandırmaq üçün tapşırıq alan diversant qrupu istənilən vasitədən istifadə etməli idi. Xüsusi qruplar meşəyə səpələndilər. İtkilər təkcə düşmən tərəfdən deyildi. Diversantlar da çox sayda itki vermişdilər. 3 qız isə ağır yaralanmışdı. Onlarda iki nəfəri hansısa yolla bazaya çata bildilər. Ancaq onlar qədər bəxti gətirməyənlər də oldu. Qızlardan biri Liya Kutakova bir sutkadan artıq müddətdə qarın üstündə sürünərək bazaya yetişə bilmişdi. Üstəlik ayaqları yaralanmışdı. Məhz o bazadakıları ağır yaralanan yoldaşı Yelena haqqında məlumat verdi. Diversantlar onu almanların düz burnunun dibindən qaçırmışdılar. Liza Benevskayanı isə tapmaq mümkün olmamışdı. Böyük ehtimalla onu almanlar ağır yaralı vəziyyətdə ələ keçirmişdilər.
Döşləri kəsildi, cəsədi məzarlığa, adı itkin siyahısına
Daha sonra gənc qızın cəsədini görmüş şahidlər danışırdılar ki, o, güllə yarası almışdı və özü sərbəst hərəkət edə bilmirdi. Böyük itki verən almanlar ondan acıqlı idilər və hər vəhclə olur-olsun qisas almağa çalışırdılar. Belə vəziyyətdə Liza onların əlinə düşmüşdü, üstəlik də tərpənə bilməyəcək dərəcədə yaralı idi. Nasistlər öncə ondan digər partizanlaırn yerini öyrənməyə alışdılar. Bunun üçün ən müxtəlif işgəncə metodlarından istifadə edildi. Onu lüt soyundurub güclü şaxtada qarın altında saxladılar. Ancaq istədikləri cavabı ala bilmədilər. Bu zaman başqa işgəncə metodları işə salındı. Bu dəfə onun bədəninə biz batırdılar. Cavab ancaq susmaq oldu. Əl barmaqlarını sındırmağa başlayanda Liza artıq bəlkə də heç nə hiss etmirdi. O, ancaq susurdu və bu, nasistləri lap qəzəbləndirirdi. Sonunda almanlar işgəncənin başqa oluna əl atdılar. Gənc qızın döşlərini kəsdilər və gözlərini çıxartdılar. Partizan-kəşfiyyatçılar hadisədən iki həftə sonra bu barədə əbər tutdular. İki həftə sonra baş verən döyüşdən geriyə qalanlara nəzər yetirəndə gördükləri dəhşət barədə komandir məlumatlandırıldı. Ancaq heç kəs bilmirdi ki, cəsədinin tanınmaz hala salındığı deyilən bu gənc qız onların axtardıqları Lizadır. Kənd sakinləri onu kənd qəbiristanlığında, o zamanlar məşhur olan qardaşlıq məzarında dəfn etdilər. Ümumi nəticəyə dayanaraq Benevskaya itkin düşmüş elan edildi. Komandanlıq yuxarıya belə hesabat vermişdi. Yerli sakinlər öldürülən digər iki qızı da qaçqın hesab etdilər. Bu, o qədər də təəccüblü deyildi. Qərb bölgəsində qaçqınların sayı minlərlə hesablanırdı və onlardan bir neçəsinin ölümü artıq heç kəsi təəccübləndirə bilməzdi.
Orden ailədən niyə gizlədildi?
Beləcə qarışıqlıq 1980-ci illərə qədər davam etdi. Artıq onu çoxları unutmuşdu. Hətta sənədlər də. Hər şey 80-ci illərdən sonra dəyişdi. Lizanın axtarışı ilə bu dəfə ictimaiyyətçilər məşğul olmağa başladılar. Onlar gah o zamankı kəşfiyyatçıları, gah yerli sakinləri axtardılar. Onların arasında hələ də gənc qızların dəfn ediliyini xatırlayanlar vardı. Nəhayət həmin məzarlardan birinə, Zoyanın məzarına illər boyu qulluq etmiş şəxsi də tapmaq mümkün oldu. Valentina Moisenkova çox şeyi xatırlayırdı və məhz onun söylədiklərinə dayanaraq həqiqəti üzə çıxrmaq mümkün oldu. Bir çox faktlar tutuşduruldu və qaçqın kimi dəfn edilən cəsədin əslində Liza Benevskayaya məxsus olduğu yəqinləşdi.
Onun axtrışları ilə qardaşı qızı Benevskaya da məşğul olurdu. Arxivlərdə o, öz qohumu haqqında sənədlər əldə edə bilmişdi. Sənədlərdən görünürdü ki, almanlar həmin ərazidə təkcə Lizanı yox, həm də başqa qızları əsir almışdılar. Onlara da ağır işgəncə verilmişdi. Onun qəhrəmanlığı haqqında bilinəndə isə Liza Benevskayanı Qızıl Ulduz ordeni ilə təltif etdilər. Ancaq uzun müddət hətta qohumlardan da heç kəs bu mükafat haqqında heç nə bilmədi. Sanki Liza haqında bütün məlumatlar onlardan gizlədilirdi. Ordeni vermək üçün adam tapılmırmış-bunu belə əlaqələndirdilər. Gənc qızın ata-anası hələ 1924-cü ildə vəfat etmişdi. Ancaq bacıları sağ idi. Buna baxmayaraq orden onlara da verilmədi və bunun sirri hələ də açılmır.
Sirr açıldı: General nəvəsindən qəhrəman olmaz
Bəziləri bunu qəhrəman qızın valideynlərinin mənsub olduğu sosial təbəqə ilə əlaqələndirir. Məsələ ondadır ki, vətəndaş müharibəsindən sonra onun valideynləri də hücumlara məruz qalmışdı. Dvoryanlara edilən hücumlarda onlara da pay düşürdü. Liza isə qədim dvoryan ailəsindən gəlirdi. Buna görə də ailənin sağ qalan üzvlərinin onun qəhrəmanlığı barədə xəbər tutması arzuedilən hesab edilmirdi.Onun qədim dvoryan nəsli olan Benevskiləri təmsil etməsi hətta qəhrəmanlığına da kölgə sala bilərdi. Ailəsində nəvazişlə Lali adlandırılan Yelizaveta Benevskayanın atası İvan Arkadyeviç hətta Lev Tolstoy ilə yaxın idi. Babası generel-leytenant Arkadi Benevski rus-türk müharibəsinin iştirakçısı olmuşdu və Amur vilayətində qubernatorluq etmişdi. İndiyə qədər də aydın deyil ki, Lizanı belə burjua keçmişi və general nəvəsi tərcümeyi-halı ilə NKVD kəşfiyyatına necə götürmüşdülər. Doğrudur, deyirdilər ki, oğul ataya görə cavabdeh deyil, ancaq bu, daha çox sözdə belə idi. Gənc qız isə düz 4 dəfə cəbhə xəttində tapşırıqları uğurla yerinə yetirmişdi. Onun yaxın dostu olmuş Mixail Qorbunovun oğlu xatırlayır ki, atası Lizanı hərbi hissəyə ötürəndə o, kədərlə demişdi: "Hiss edirəm ki, bu dəfə sağ geri qayıtmayacağam”. Lizanın dedikləri doğru oldu... (Cebhe.info)
Qlobal.az