SON XƏBƏR

Gülən: “Ərdoğan məndən acıqlı-acıqlı danışır”

İyul 18
14:01 2016
Darıxıram, amma çox vaxt içimdən burada qalmaq keçir. İki ildir ki, bu binadan çölə çıxmıram.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-da sığınacaq həyatı yaşayan Fəthullah Gülən keçirdiyi mətbuat konfransında deyib.
 
Gülən ABŞ-dakı həyatından məmnun olduğunu qeyd edib:

"Darıxıram. Amma bu da gerçəkdir ki, çox vaxt içimdən burada qalmaq keçir. İki ildir ki, bu binadan çölə çıxmıram. Təkliyə qapılmışam. Mənə çox ilişmirlər. Azadlıq insan üçün çox əhəmiyyətlidir. İslam hüquq sistemində də, müasir hüquq sistemində də qorunması lazım olan 5-6 şey var, bunlardan biri də azadlıqdır”.
 
Gülən "Bir zamanlar müttəfiqiniz və dostunuz olan Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqına göndərmək istədiyiniz bir mesaj varmı”, - sualına isə belə cavab verib:
 
"Ərdoğan mənim mesajımı qəbul etməz, onu təhqir sayar. Mən qulaq asmadım, dostlar dedi, o, işin üzü-astarı bəlli olmadan, nəyin nə olduğu ortaya çıxmadan, iki gündür acıqlı-acıqlı danışır. Bu səbəbdən ən yaxşı mesajlarıma belə cani-könüldən yanaşmayacağını düşünürəm. Həmişə onun üçün Allaha, ona da, mənə də istiqamət versin deyə, dua edirəm.
 
Türk xalqına isə bunu deyirəm: 27 mayda (1960-cı il hərbi çevrilişini nəzərdə tutur – red) heç əsgərliyə getməmişdim, Ədirnədə bir məsciddə imam idim. O çevrilişi də gördüm. 12 mart ərəfəsində saxlanıldım. 12 sentyabrda 6 ilə qədər təqib etdilər, sonra bəraət aldım. Yenə 28 fevralda Nuh Mete Yüksəl iddia qaldırmışdı, burada, Nyu Cersidə gedib hakimə ifadə verdim, ondan da bəraət aldım.
 
Bu nöqteyi-nəzərdən türk toplumunun çevrilişlərə isti baxmamasını tövsiyə edə bilərəm. Çevrilişlər ilə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına, Türkiyənin dünyaya inteqrasiya olmayacağına inananlardan biriyəm. Bu səbəbdən həmişə çevrilişlərə qarşı olmuşam”.
 
Xatırladaq ki, iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin əsas təşkilatçısı kimi Fəthullah Gülənin adı hallanır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook