SON XƏBƏR

Gülənin adamları niyə üstlərində 1 dollarlıq əsginaz gəzdirirmiş - SİRR AÇILDI

Avqust 02
23:47 2016
15 iyul hadisələrindən sonra FETÖ ilə əlaqəli meydana çıxan məlumatlardan biri də təşkilata üzv olan şəxslərin üzərlərində 1 dollar daşımasıdır.

Təşkilat üzvlərinin niyə məhz bir dollar gəzdirdiyinin sirri açıqlanıb.

Qlobal.az 1xeber.com-a istinadən bildirir ki, Habertürk qəzetinin yazarı Müslim Sarıyarın xəbərinə görə, 1 dollarlıq banknotlar əvvəlcə Fətullah Gülən tərəfindən oxunub uflənir, sonra isə üzvlərə paylanır. 1 dolların F seriyası təşkilatda Gülənə ən yaxın insanlara verilir.

Saxlanılan FETÖ üzvlərinin verdiyi məlumata görə, dollarların üzərindəki seriya nömrəsi həmin şəxslərin kimliyi ilə bağlı məlumatları daşıyırdı. Təşkilat üzvlərinin şəxsiyyəti ilə bağlı bütün məlumatlar onlara paylanmış 1 dolların seriya rəqəmləri ilə Pensilvaniyada gizli saxlanılırmış.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook