Günəşdən son 12 ilin ən güclü təhlükəsi gəldi: 3 gün ehtiyatlı olun
Sentyabr 07
14:24
2017
Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu isə Avropa və Amerikada bir sıra fəsadlara yol açıb.
Günəşdəki bu alışmanın Yerə təsiri qaçılmaz olub. Rusiya Elmlər Akademiyasının alimi Sergey Qaydaş bildirib ki, alışmanın gücü maksimal həddə hesablanır.
6 sentyabrda baş verən alışma kosmik texnikaya və rabitə sisteminə təhlükə daşıyır. Artıq Amerika və bəzi Avropa ölkələrində bunun nəticəsi görünür.

Ekspertin sözlərinə görə, 7 sentyabrda səhər saatlarından etibarən maqnit qasırğası başlayacaq. Bu isə insanların özünü pis hiss etməsinə, xroniki xəstəlikdən əziyyət çəkənlərin səhhətinə mənfi təsir göstərəcək. Günəşdəki alışmanın Yerə təsiri 8-9 sentyabrda maksimal həddə müşahidə oluna bilər.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasınnı direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov cebhe.info-ya açıqlamasında ciddi təhlükənin gözlənilmədiyini bildirib:
"ABŞ və bu kimi ölkələrdə kommunikasiya xətlərinin sıradan çıxması ilə bağlı yayılan məlumat yanlışdır. Çünki hadisə dünən 15:53 radələrində baş verib, 16:10-da başa çatıb. Bu hadisənin Yerə təsiri üçün gün yarım zamanın keçməsi lazımdır. Hər şey ola bilər. Sadəcə olaraq ehtiyatlı olmaq lazımdır. Bənzər hadisə 2005-ci ildə də baş verib. Həmin ildə ciddi hadisə baş verməyib”.
X.Mikayılovun sözlərinə görə, sadəcə olaraq kommunikasiya xətləri və elektrik stansiyalarında müəyyən problemlər yarana bilər. Bununla yanaşı ürək-qan damar sistemində problem olan insanlar ehtiyatlı olmaları tövsiyə edilir.