Gürcüstan Azərbaycanla sərhədə qədər ərazilərində fərdi torpaq sahələrini müsadirə edəcək
							Avqust 12
									
										07:22
										2024
									
								
									
									
									
									
									
									
Gürcüstan hökuməti Azərbaycanla sərhədə qədər ərazilərində yeni avtomobil yolunun tikintisi üçün fərdi şəxslərin torpaqlarını zorla müsadirə etməyə başlayacaq.
	
	
	
	Qeyd edək ki, layihə Rustavi şəhərindən Qırmızı Körpü Ticarət və Sənaye Palatasına qədər 31,9 km uzunluğunda dördzolaqlı yolun tikintisini nəzərdə tutur.									
								
									
									
									
							
									
								
								
  
							 
						"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin bununla bağlı əmri "Legislative Gazette"də dərc olunub.
Bildirilir ki, qurum daşınmaz əmlakın alınması ilə bağlı mülkiyyətçilərlə razılığa gələ bilmədiyi üçün "Əmlakın zəruri dövlət ehtiyacları üçün məhrum edilməsi qaydası haqqında” Qanuna uyğun olaraq torpaqların özgəninkiləşdirilməsinə ehtiyac var.
Söhbət Marneuli bələdiyyəsində üç torpaq sahəsindən (98 min m², 3,1 min m² və 584 m²) gedir. Onların sahibləri qərardan məhkəməyə şikayət edə biləcəklər.

				
				
				
				
				
				

