Gürcüstan parlamentində üç partiya təmsil olunacaq
Oktyabr 10
08:36
2016
Hakim "Gürcüstan arzusu – Demokratik Gürcüstan" və "Vahid milli hərəkat" partiyaları ilə yanaşı "Gürcüstan vətənpərvərləri alyansı" da gələcək Gürcüstan parlamentində üçüncü siyasi qüvvə kimi təmsil olunacaq.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Bu, seçici səslərinin 99,9%-nin hesablanmasından sonra məlum olub.
"Gürcüstan vətənpərvərləri alyansı" parlamentə keçid üçün lazım olan 5% səsi toplayıb.



