SON XƏBƏR

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Oktyabr 30
22:22 2016
Oktyabrın 30-da Gürcüstan parlamentinə keçirilən seçkilərin ikinci turu başa çatıb.
 
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə sakit şəraitdə keçib və ciddi qanun pozuntusu qeydə alınmayıb.
 
İkinci turda 100 namizəd deputat mandatı uğrunda mübarizə aparıb.
 
 
Artıq səslərin hesablanmasına başlanılıb və səsvermənin ilkin nəticələri bir neçə saatdan sonra məlum olacaq.
 
Qeyd edək ki, ikinci turda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yaradılmış 36 saylı dairədə həmyerlimiz Əhməd İmamquliyev də mübarizə aparıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook