Göyçay rayonunun bir qrup sakini Çaxırlı bələdiyyəsinin sədrindən narazıdır - ŞİKAYƏT

Fevral 12
11:19
2025
Göyçay rayonunun bir qrup sakini dövlət rəhbərliyinə müraciət edib.
Qlobal.az elektron poçtuna ünvanlanan şikayət məktubunu təqdim edir:
"Biz Göyçay rayon Çaxırlı kənd sakinləri Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpğın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlusayda şikayətlər göndərmişik. Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdır. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev buna görə iddia ərizəsi yazaraq 20.12.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi üzrə 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovun avtomobili ilə bir yerddə gedərək öz iddiasını müdafiə etməyərək cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandımağa çalışmışdır. Həttda məhkəmə iclasında hakim "kənd sakinləri bura şikayət göndəriblər gölün kəndə ziyanlar vurmasını müqavilənin ləğv edilməsini xahiş edirlər” sualına bələdiyyə sədri cavab olaraq bildirib ki, yox artıq kənd sakinləri razılığa gəliblər şikayətçi deyillər.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev bu əməlləri ilə biz sakinlərə ziyanların vurulmasının davam etdirilməsinə rəvac vermiş oldu.
Onu da qeyd edək ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.
Məmmədov Tərxan Qüdrəddin oğlu şəhid atası
Əsgərov Ramin Zahid oğlu Əlaqə telefonu
Mürsəlov Mehman Sadıq oğlu
Mürsəlov Lətif Mehman oğluMürsəlov Vüsal Mehman oğlu
Şərifov Rəşad Famil oğlu
Rəsulov Ceyhun Vəliyəddin oğlu
Sadiqov Elvin Mahir oğlu
Əsgərov Xətai Zahid oğlu
Əsgərov Samir Zahid oğlu
Məmmədov Rahil Surəddin oğlu
Sadıqov Dəyanət Mahir oğlu

