SON XƏBƏR

Göygölün başçısı kadr islahatını davam etdirir: Şöbə müdirini işdən çıxartdı

Dekabr 11
11:26 2025
Göygöl Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Rzayev vəzifəsindən azad edilib.

Müvafiq əmr rayonun icra başçısı Vüqar Novruzov tərəfindən imzalanıb. Şöbə müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Ariz Rzayevin adı artıq İcra Hakimiyyətinin rəsmi saytında da çıxarılıb.

Qeyd edək ki, Vüqar Novruzov ötən ay Göygöl rayonun icra başçısı təyin olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook