SON XƏBƏR

Hafiz Paşayev: Beyin Mərkəzləri forumları Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün stimul olacaq

Noyabr 18
10:15 2025
Beyin Mərkəzləri forumları Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün stimul olacaq.

"Report"un məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.

"ABŞ-dəki diplomatik mandatım dövründə bu ölkədə beyin mərkəzlərinin nə qədər fəal və peşəkar işlədiyi məni təəccübləndirib. Mən kifayət qədər çətin dövrdə ABŞ-
də Azərbaycanın səfiri olmuşam və Vaşinqtonda ölkəmizin ilk nümayəndəsi idim. Mənim üçün bir çox şey yeni idi və bu prosesdə beyin mərkəzləri böyük rol oynadı.
 
Onların arasında xüsusilə CSIS-i qeyd edərdim. Tez-tez onların tədbirlərində iştirak edirdim və bu, mənim üçün həqiqi diplomatiya məktəbinə çevrildi", - o bildirib.

H.Paşayev, həmçinin Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunun həyata keçirilməsi ideyasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür forumlar ikitərəfli münasibətlərin inkişafı üçün stimul olacaq.

Xatırladaq ki, Hafiz Paşayev müstəqil Azərbaycanın ABŞ-dəki ilk səfiri olub. O, 1993-cü ildə bu vəzifəyə təyin edilib və sonrakı illərdə Azərbaycan-ABŞ münasibətlərinin formalaşmasında rolları olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook