Hakan Fidan NATO XİN başçılarının toplantısında iştirak edəcək
![](https://qlobal.az/photo/680x365/2024-04/1712044766_10eb016c-5696-4ac6-9aca-9030da45a62f.jpg?1722055952)
Aprel 02
11:59
2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.