Hakan Fidan Prezident İlham Əliyevi təbrik edib
![](https://qlobal.az/photo/680x365/2024-02/1707479094_16964293011019693000651d74f509aac.jpg?1722059014)
Fevral 09
15:43
2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
"Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, - nazir söyləyib.
"Report” xəbər verir ki, o, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasında çıxışı zamanı danışıb.