Hakan Fidan Ukraynaya gedəcək
![](https://qlobal.az/photo/680x365/2023-08/1692699543_c09cbfc5-c559-44c4-a205-806ae525ebfd.jpg?1722075684)
Avqust 22
14:17
2023
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 25-də Ukraynaya gedəcək.
"Report” xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.
Bildirilib ki, o, həmkarı Dmitro Kuleba ilə görüşəcək.
Nazirlərin Ukraynadakı müharibəni, o cümlədən "Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri gözlənilir.