SON XƏBƏR

“Hazır olan kimi Ukraynaya qayıdacam” – Mixail Saakaşvili

Avqust 08
00:22 2017
Sabiq Odessa qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz şəkildə qayıtmayacağını bəyan edib.
 
Avropa.info xəbər verir ki, Saaakşvili hal-hazırda Ukraynanın qanunvericiliyini tədqiq etdiyini bildirib.
 
"Qanunvericiliyi öyrənirəm, hazır olan kimi Ukraynaya qayıdacam. Hakimiyyət milyonlarla ukraynalının fikrini görməməzlikdən gələ bilməz.
 
İstəyirəm ki, Ukrayna Avropa dövləti olsun. Mən də bu prosesin bir hissəsi olmaq istəyirəm” – o, belə deyib.
 
Saakaşvili deyib ki, bu gün Polşanı tərk edir, lakin o, hara gedəcəyini bildirməyib. Sabiq qubernator Avropada səyahət edəcəyinə işarə edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook