SON XƏBƏR

HDP Bundestaqın qətnaməsini pisləyən bəyanata qoşulmadı

İyun 02
23:13 2016
Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq Cümhuriyyət Partiyası və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının "erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.
 
Birgə bəyanatda deyilir ki, onlar Türkiyə xalqının nümayəndələri olaraq, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmir və qəti pisləyirlər: "Bu qətnamə nə hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.
 
Qəzet onu da bildirir ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib. (Virtualaz.org)





















Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook