Həmyerlimiz ABŞ-ın "qara siyahısı"na düşdü - Seymur Əliyev kimdir?
Dekabr 26
13:57
2025
ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ İmmiqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılan cinayətkar əcnəbilərin onlayn məlumat bazasını yeniləyib.
Agentlik həmin siyahıdakı şəxsləri "pislər arasında ən pisi" adlandırır. 2025-ci ilin yekunları ilə bağlı bu siyahıya Azərbaycan vətəndaşı da daxil edilib. Belə ki, 44 yaşlı Seymur Əliyev ABŞ-ın Knetukki ştatında saxlanılıb. Hazırda həbsdə olan həmyerlimiz hücum, polis təqibindən qaçma, sürücü vəsiqəsi olmadan maşın idarəetmə, sürət həddini aşma maddələri ilə ittiham olunur.



