SON XƏBƏR

Hər 5 rusiyalıdan biri ölkəsini tərk etmək istəyir

İyul 20
20:07 2016
Ölkəsini tərk etmək istəyən rusiyalıların sayı artır.
 
Bunu "Levada” sosioloji xidmətin sorğusunun nəticələri də göstərib. Sorğuya əsasən, hər 5 nəfərdə biri (respondentlərin 19%-i) Rusiyadan getmək barədə düşünür. 2015-ci ildə keçirilən sorğuda respondentlərin yalnız 12%-i ölkəni tərk etmək istəyirdi.
 
Rəyi soruşulanların 2%- isə ölkədən getmək barədə qəti qərar verib. 7% ölkədən getməyin yolların müzakirə edir, 16% isə başqa ölkədə yaşamaq istəyir.
Rusiya vətəndaşlarının Qərbə münasibəti də yaxşıya doğru dəyişib. Rəyi soruşulanların 26%-i həmvətənlərinin Qərbdə dincəlməsinə, əmlak almasına, övladlarını orda oxutmasına normal baxır. 2013-cü ildə cəmi 19% bu fikirdə idi.

(azadlıq.info)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook